Bakı. Trend:
Martın 14-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,19 dollar ucuzlaşaraq 81,41 dollar olub.
Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,23 dollar ucuzlaşaraq 79,63 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,8 dollar ucuzlaşaraq 44,84 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 14-də 2,34 dollar ucuzlaşaraq 78,84 dollar olub.