Bakı. Trend:
“Xaçmaz Aqropark” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı aqropark özü elan edib.
Belə ki, MMC-nin nizamnamə kapitalını nə qədər azaltdığı açıqlanmasa da, bildirilib ki, kreditorlar 1 (bir) ay müddətində AZ2712, Xaçmaz rayonu, Sayad kəndi ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, aqropark 2021-ci ildə dövlət qeydiyaytına alınıb.
Hazırda şirkətin nizamnamə kapitalı 7 450 000 manat həcmindədir.
MMC-nin qanuni təmsilçisi isə Mailov Rauf Afik oğludur.