...

Azərbaycanda sığorta ödənişlərinin həcmi 920 milyon manata çatıb - Vüsal Qurbanov

İqtisadiyyat Materials 26 Yanvar 2026 10:52 (UTC +04:00)
Azərbaycanda sığorta ödənişlərinin həcmi 920 milyon manata çatıb - Vüsal Qurbanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,5 milyard manat sığorta haqqı toplanılıb. Eyni zamanda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, ənənəvi qaydalarla yüzlərlə, minlərlə sığorta hadisəsi, ehtimalı təhlil olunurdusa, "Big Data" vasitəsilə bu göstərici artıq milyonlarladır:

"Bu o deməkdir ki, sığortaçılığın inkişaf etməsində, sığorta tariflərinin, sığorta əhatəliliyinin, sığorta təminatının formalaşdırılmasında artıq texnoloji vasitələr daha çox iştirakçı olur. Düşünürəm ki, sığorta sektoru üçün "InsurTech" və yaxud da texnoloji yeniliklər sırf sığortaçılığın tarixçəsi ilə də bir-birinə uyğun gələn bir tendensiyadır".

Baş direktor vurğulayıb ki, bu texnologiyalar inkişaf etdikcə sığortaçılarda qiymətləndirmə modellərinə böyük imkanlar yaradır:

"Çünki təhlillər daha çox data əsasında müəyyənləşdirilir. Eyni zamanda rəqabət mühiti formalaşdırılır. Sadəcə qiymətləndirmə modelləri üzrə deyil, həmçinin əsas təbliğat maşını olan sığorta ödənişlərinin də həyata keçirilməsində texnoloji alətlər çox önəmlidir.

Hazırsa dünyada olduğu kimi Azərbaycanda da bu texnoloji alətlərin tətbiq olunmasında həm sığortaçılarımız aktiv iştirak edir, həm Azərbaycan Mərkəzi Bankı (AMB) öz strateji prioritetləri daxilində sığorta texnologiyalarının tətbiq olunmasına xüsusi diqqət yetirir. Düşünürük ki, yekun etibarilə, həm rəqabət mühiti, həm də sığorta əhatəliliyinin artırılmasında bu növ texnoloji alətlərin tətbiqi ölkəmiz üçün faydalı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti