...

"Akkord" Şirkətlər Qrupu Azərbaycanda ilk beton avtoban tikintisinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2007 17:17 (UTC +04:00)
"Akkord" Şirkətlər Qrupu Azərbaycanda ilk beton avtoban tikintisinə başlayıb

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycanın "Akkord" Şirkətlər Qrupu Azərbaycanda ilk dəfə olaraq Zığ- Heydər Əliyev adına aeroport marşrutu üzrə 17 km uzunluğunda, dünya standartlarına uyğun avtoban tikintisinə başlayıb. Bu layihə yeni Zığ-Qala yolunun tikintisi üzrə layihənin bir hissəsidir. Bu barədə çərşənbə günü "Akkord" Şirkətlər Qrupunun vitse-prezidenti Elxan Usubov məlumat verib.

Yeni altı zolaqlı avtomobil yolu Almaniya texnologiyaları üzrə inşa olunacaq. Tikinti işlərinə tanınmış "Wirtgen" alman şirkətinin texnikası cəlb edilib. Yaxın zamanlarda Bakıya bu şirkətin istehsalı olan iki betonhazırlayan gətiriləcək. Usubov bildirib ki, tikinti keyfiyyəti üzərində nəzarət alman mütəxəssisləri tərəfindən həyata keçirilir.

"Akkord" Şirkətlər Qrupunun vitse-prezidenti bildirib ki, avtobanın tikintisi zamanı 115 kub metrə yaxın beton yatırılacaq. 24 saat ərzində həyata keçiriləcək tikintinin materialla daimi təminatı üçün yolun kənarında iki beton zavodu inşa olunacaq, bir mobil beton zavodu fəaliyyət göstərəcək. Beton örtüyünün qalınlığı 28 sm təşkil edəcək ki, bu da beynəlxalq standartlara cavab verəcək.

Tikintinin gələn ilin yanvar ayında başa çatdırılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti