...

Bakı -Tbilisi - Qars: iri nəqliyyat layihəsinin perspektivləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 11:00 (UTC +04:00)
Bakı -Tbilisi - Qars: iri nəqliyyat layihəsinin perspektivləri

Azərbaycan, Bakı, 07 oktyabr/TrendCaptial, müxbir S.Əliyev/ Bakı - Tbilisi - Qars marşrutu üzrə yeni dəmir yolu əlaqəsinin tikintisi layihəsinin realizəsi xeyli sürətlənə bilər. Gürcü - osetin münaqişəsi başa çatdıqdan sonra bu nəqliyyat dəhlizi Qafqazdan və Qafqaz vasitəsilə Asiyadan yüklərin Aralıq dənizinə və əksinə çatdırılması üçün yeganə yol olacaq.

Bu marşrut üzrə əlaqənin açılması üçün Gürcüstanda 29 kilometrlik dəmir yolu xəttinin (Türkiyə sərhədinədək) və Türkiyədə 76 kilometrlik xəttin tikintisi lazımdır. Bu xəttin yaradılması Azərbaycan ї Gürcüstan ї Türkiyə nəqliyyat dəhlizi üzrə yük axınını xeyli artırmağa imkan verəcək.

їMərmərayї layihəsi çərçivəsində Türkiyədə sualtı tunelin tikintisi bu nəqliyyat dəhlizini Avropa ilə birləşdirməyə imkan verəcək. Bosforun altından çəkilən bu tunelin sualtı hissəsinin uzunluğu 1,3 min kilometr təşkil edəcək və 70 kilometrlik dəmir yolu və yerüstü metronun tərkib hissəsi olacaq. Hər iki layihəni eyni vaxtda ї 2011- ci ildə bitirmək nəzərdə tutulur.

Regionda Gürcüstan və Ermənistan vasitəsilə Türkiyəyə gedən daha bir dəmir yolu xətti mövcuddur (hazırda fəaliyyət göstərmir). Əvvəllər bu marşrutla SSRİ və Türkiyə arasında yük dövriyyəsi həyata keçirilirdi. Regiondakı son hadisələrin fonunda bu layihə tərəfdarlarının Tbilisi ї Gümrü - Qars marşrutu ilə hərəkətin bərpasının məqsədəuyğunluğu haqqında dəfələrlə səsləndirdikləri bəyanatlar ciddi qəbul olunmur. Gürcü - osetin münaqişəsindən sonra Gürcüstanın ərazi bütövlüyünün bərpasınadək (Abxaziyanın Gürcüstanın tərkibinə qayıtmasınadək) bu layihənin realizəsi mümkün deyil.

Öz növbəsində, Türkiyə 1993 - cü ildə Ermənistanla sərhədləri bağlayıb ki, bu da həmin marşrutla hərəkətin dayanmasına gətirib. Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək yüklərin Azərbaycandan və ya respublikadan tranzitlə Tbilisi ї Gümrü ї Qars ilə daşınması da mümkün deyil. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan düzəlişlərlə regionda yüklərin daşınması sahəsində iki əsas sazişə qoşulub.

Avropa-Qafqaz-Asiya Dəhlizinin İnkişafı üzrə Beynəlxalq Nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişə (TRACECA ї 1998 - ci ildə imzalanıb) düzəlişdə deyilir ki, їAzərbaycan Respublikası bəyan edir ki, їAvropa ї Qafqaz - Asiya Dəhlizinin İnkişafı üzrə Beynəlxalq Nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişї və Texniki əlavələrindəki hüquq, öhdəlik və Əsasnamələrdən heç biri onun ərazisi vasitəsilə Ermənistan Respublikasının başlanğıc, tranzit və ya son ərazi olduğu daşınmalara qarşı Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkї. їMüstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisi vasitəsilə tranzit qaydası haqqındaї sazişdə də analoji düzəliş var.

Beləliklə, bu gün Bakı ї Tbilisi ї Qars marşrutu üzrə dəmir yolu əlaqəsinin açılması layihəsi regionda yüklərin daşınması üçün daha real və iqtisadi baxımdan məqsədəuyğundur. Bu layihənin iqtisadi səmərəliliyi yüklərin Asiyadan Türkiyəyə və Aralıq dənizi limanlarına və əksinə çatdırılması müddətinin sürətlənməsindən ibarətdir. Bu nəqliyyat dəhlizi üzrə təklif edilən yük daşınmalarının əsas növü konteyner daşınmaları olacaq.

Ekspertlərin proqnozlarına əsasən, Bakı ї Tbilisi ї Qars dəmir yolu əlaqəsinin işinin birinci mərhələsində (2011) bu marşrutla ildə təxminən 1 mln. sərnişin və 6,5 mln. ton yük daşınacaq. 2034 - cü ildə bu göstərici 3 mln. sərnişin və 18 mln. ton yükədək artacaq.

"Bakı їTbilisi - Qars" layihəsi çərçivəsində, yeni 105 kilometrlik dəmir yolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, Gürcüstanda buraxma gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki - Marabda -Tbilisi dəmir yolu sahəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək planlaşdırılır. Layihə $422 mln. , müvafiq infrastruktur nəzərə alınmaqla isə, $600 mln. qiymətləndirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti