Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir N.İsmayılova/
Yeni sistemin tətbiqi prosesi bu günlərdə bankın mərkəzi ofisinin İsveçrənin "Temenos" şirkətinin istehsal etdiyi T24 programına keçməsi ilə başa çatdırılıb. Bunu bankın idarə heyətinin sədr müavini Cavid Quliyev cümə axşamı deyib.
Onun sözlərinə görə, postsovet maliyyə bazarlarının xüsusiyyətlərinə uyğunlaşdırılmış T24 sistemi bank əməliyyatlarının həyata keçirilməsi üçün yüksək səviyyədə təhlükəsizlik mühiti yaradır və biznes proseslərini dünya səviyyəsinə çıxartmağa imkan verir.
2008-ci ildə Bank Standard T24 proqram təminatını özünün "Arena" filialında tətbiq etməklə Azərbaycan bank sektorunda bu proqramın ilk istifadəçisi oldu. Həmin tarixədək bankda istifadə edilən "RS Bank 5.1" sistemini əvəz edən yeni program təminatı bütün bank əməliyyatlarının avtomatlaşdırılımasını təmin etməklə yanaşı, yeni məhsul və xidmətlərin çevik və səmərəli tətbiq olunması üçün güclü zəmin yaradıb.
T24 sisteminə demək olar bütün bank əməliyyatlarını, o cümlədən valyuta mübadiləsi, kredit və depozitlər, banklararası valyuta bazarı, nostro hesabların tənzimlənməsi, akkreditiv və zəmanətlər üzrə əməliyyatlar, qiymətli kağızlar, aktivlərin idarəolunması, kassa-hesablama əməliyyatlarını və s. əhatə edən genişçeşidli modullar daxildir.