...

Azərbaycan 2012-ci il dövlət büdcəsinin defisitini ÜDM-in 1,3 faizi səviyyəsində proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 16:20 (UTC +04:00)
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin mədaxil hissəsi 16 436,4 milyon manat, məxaric hissəsi isə 16 984,4 milyon manat miqdarında proqnozlaşdırılıb.
Azərbaycan 2012-ci il dövlət büdcəsinin defisitini ÜDM-in 1,3 faizi səviyyəsində proqnozlaşdırır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin mədaxil hissəsi 16 436,4 milyon manat, məxaric hissəsi isə 16 984,4 milyon manat miqdarında proqnozlaşdırılıb. Trend-in məlumatına görə, buna çərşənbə günü Nazirlər Kabinetinin iclasında müzakirə olunan dövlət büdcəsi layihəsində işarə edilib.

2011-ci ilin proqnozları ilə müqayisədə büdcə gəlirlərinin artması 5,67 faiz, xərcləri isə 6,5 faiz səviyyəsində gözlənilir.

Dövlət büdcəsinin defisiti 548 milyon dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-in 1,3 faizini təşkil edir.

Dövlət büdcəsi, icmal büdcə layihələri, habelə 2012-ci il və növbəti üç il üçün sosial-iqtisadi inkişaf konsepsiyaları Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə çərşənbə günü keçirilmiş Nazirlər Kabinetinin iclasında müzakirə olunub. Büdcə paketinin müzakirələrinin yekunları üzrə onun baxılmaq üçün Azərbaycan Prezidentinə göndərilməsi barədə qərara qəbul edilib.

2012-ci ilin əsas makroiqtisadi göstəricilərinə dair proqnozlara əsasən, gələn il ÜDM-in real artımı 5,7 faiz, qeyri-neft ÜDM-i 8,6 faiz, inflyasiya səviyyəsi 6 faiz, neftin dünya bazarlarındakı qiyməti 80 dollar/barel səviyyəsində proqnozlaşdırılıb.

Ölkənin ÜDM-i 43,5 milyard manat həcmində müəyyənləşdirilib.

"Layihə hazırlanarkən Azərbaycan dövlətinin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib", - Nazirlər Kabinetinin məlumatında deyilir.

2012-2015-ci illər əsas makroiqtisadi proqnozların hazırlanmasında onlara təsir edən proqnoz və amillər, eyni zamanda, beynəlxalq təşkilatlar, bank və maliyyə qurumları, o cümlədən BVF, Dünya Bankı, AYİB və AİB tərəfindən verilmiş proqnozlar təhlil olunub.

2011-ci il büdcəsinin gəlirləri 15 554,2 milyon manat proqnozlaşdırılır ki, bu da 2010-cu ilin faktiki göstəricisindən 36,4 faiz (4151,2 milyon manat) çoxdur. İlin sonunda ÜDM-də büdcə gəlirlərinin xüsusi çəkisinin 34,7 faiz artımı gözlənilir ki, bu da ötən ilin nəticələrinin faktiki göstəricisindən 7,3 faiz çoxdur.

Büdcənin xərcləri 15 941,2 milyon manat miqdarında proqnozlaşdırılır. Bu, 2010-cu ilin faktiki göstəricisindən 35,5 faiz çoxdur.

Büdcənin defisiti 387 milyon manat və ya ÜDM-in 0,9 faizi səviyyəsində proqnozlaşdırılır.

Sentyabrın 22-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti