...

Sevinc Həsənova: Azərbaycanın ECO ölkələri ilə ticarətinin inkişafı üçün böyük potensial var

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2012 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may / Trend müxbir Ə.Həsənov /

Azərbaycan dünyanın bütün ölkələri ilə ticari-iqtisadi, o cümlədən investisiya əməkdaşlığı məsələlərində əlaqələrin inkişafına böyük diqqət ayırır. Trend-in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrinin ticarətin təşviqi üzrə təşkilatlarının rəhbərlərinin ikinci iclası zamanı Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

"Azərbaycan hökumətinin əsas prioriteti qeyri-neft sektorunun inkişafıdır və bu prosesdə ticarət əlaqələrinin rolu qeyri-neft ixracının genişləndirilməsi baxımından böyük rol oynayır. Eləcə də ECO ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur", - Həsənova deyib.

2011-ci ilin yekunları üzrə Azərbaycanın ECO ölkələri ilə ticarət münasibətlərinin göstəricisi 2,6 milyard dollar təşkil edir ki, bu da 2010-cu ilin yekunlarına dair analoji göstəricidən 30 faiz çoxdur.

Nazir müavini son 8 ildə Azərbaycanın əldə etdiyi iqtisadi uğurları da qeyd edib. Bu dövrdə ölkədə ÜDM üçqat, büdcə isə 12 dəfə artıb.

Həsənovanın sözlərinə görə, Azərbaycan dünya maliyyə böhranından inamla çıxıb.

ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti