...

Yaxın iki ildə Azərbaycanın sığorta bazarı 630 milyon dolları ötəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 14:04 (UTC +04:00)
Yaxın iki ildə Azərbaycanın sığorta bazarının ümumi həcmi 500 milyon manata çatacaq.
Yaxın iki ildə Azərbaycanın sığorta bazarı 630 milyon dolları ötəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

Yaxın iki ildə Azərbaycanın sığorta bazarının ümumi həcmi 500 milyon manata çatacaq. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin aparıcı məsləhətçisi Orxan Bayramov III Milli Sığorta Olimpiadasının açılışında deyib.

"Hesablamalarımıza görə cari ilin sonuna sığorta bazarının ümumi yığımı 350 milyon manat təşkil edəcək", - Bayramov qeyd edib.

Onun sözlərinə görə, belə artıma, o cümlədən kənd təsərrüfatı və tibbi sığorta sahələrində gözlənilən dəyişikliklər təkan verir.

Yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 28 şirkətin sığorta haqlarının ümumi həcmi 256,325 milyon manat təşkil edib, bununla yanaşı ödənişlər 67,649 milyon manat olub.

"Bazarın artması yeni və peşəkar mütəxəssislərin olmasını tələb edir", - Bayramov bildirib.

Olimpiadanın təşkilatçısı qismində çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Azər Əliyevin sözlərinə görə, sığorta bazarı ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından biridir.

"Sığorta şirkətlərinin sığorta yığımlarını toplayan zaman öz kadr potensiallarının gücləndirilməsinə investisiyalar yatırmağı unutmamaları çox vacibdir" , - Əliyev deyib.

Olimpiadada Azərbaycanın sığorta şirkətlərinin nümayəndələri iştirak edirlər, iştirakçıların ümumi sayı 50 nəfərdir. İştirakçılar fərdi yarışlarda və komanda oyununda biliklərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti