...

"Atəşgah" yeni "İcbari+" məhsulunu istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2013 15:19 (UTC +04:00)
Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti “İcbari+” yeni məhsulunu istifadəyə verib.
"Atəşgah" yeni "İcbari+" məhsulunu istifadəyə verib

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" Sığorta Şirkəti "İcbari+" yeni məhsulunu istifadəyə verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Şirkətin bu yeni məhsulu bir növ AVSMMİS-in "davamı"dır və sığorta təminatının 10 min AZN-dək (5 min AZN AVSMMİS üzrə və 5 min AZN nəqliyyat vasitələrinin könüllü məsuliyyət sığortası üzrə sığorta təminatıdır) artırılmasını nəzərdə tutur.

Bundan belə, AVSMMİS şəhadətnaməsini əldə edərkən hər bir avtomobil sahibi cəmi 19 AZN ödəməklə əlavə olaraq nəqliyyat vasitələrinin könüllü məsuliyyət sığortası üzrə 5 min AZN məbləğində təminat əldə edə bilər.

"İcbari+" məhsulunu əldə etmək üçün "Atəşgah" SŞ-nin Bakıda yerləşən istənilən ofisinə müraciət etmək olar. Ətraflı məlumat üçün: 012 (940)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti