...

"Atəşgah"dan icbari avtomobil sığortası – qısa zamanda rəsmiləşdirmə və ünvana çatdırılma

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2013 16:14 (UTC +04:00)
Əhalinin rahatlığı və vaxta qənaət məqsədilə "Atəşgah" sığorta şirkəti yeni xidmət tətbiq edib - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) şəhadətnaməsinin qısa zaman ərzində rəsmiləşdirilməsi və qeyd olunan ünvana çatdırılması.
"Atəşgah"dan icbari avtomobil sığortası – qısa zamanda rəsmiləşdirmə və ünvana çatdırılma

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Əhalinin rahatlığı və vaxta qənaət məqsədilə "Atəşgah" sığorta şirkəti yeni xidmət tətbiq edib - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) şəhadətnaməsinin qısa zaman ərzində rəsmiləşdirilməsi və qeyd olunan ünvana çatdırılması.

Şirkətdən Trend-ə bildiriblər ki, bundan sonra istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmamaqla öz avtomobilini yalnız (012) 940 əlaqə telefonuna zəng etməklə sığortalaya bilər.

Sığorta şəhadətnaməsi şirkət əməkdaşı tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq müştərinin qeyd etdiyi ünvan və zamanda çatdırılır.

"Bu, sığorta şəhadətnaməsi əldə etmək kimi prosesi asanlaşdırmaqla bərabər, bütünlüklə sığorta sahəsinin inkişafına kömək edəcək. Bu xidməti tətbiq edərkən, biz, ilk növbədə, adıçəkilən sığorta şəhadətnaməsini almaq üçün vaxt tapıb gələ bilməyən avtomobil sahiblərinin maraqlarını düşünmüşük", - şirkətdən qeyd ediblər.

Adıçəkilən xidmət, həmçinin şirkətin KASKO (avtomobilin kompleks sığortası) və İcbari+ (AVSMMİS-in davamı olaraq 5 min AZN məbləğində əlavə təminatı nəzərdə tutur) məhsullarına da aid edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti