...

Daha bir sığorta şirkəti Azərbaycanın pul bazarına çıxır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 17:48 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjası (BBVB) və "Buta Sığorta" şirkəti bazar ertəsi Bakıda sığorta şirkətinin birja elektron ticarət sisteminin (BEST) "MONEY-MARKET" pul bazarında iştirakına dair müqavilə bağlayıblar.
Daha bir sığorta şirkəti Azərbaycanın pul bazarına çıxır (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir A.Axundov/

Bakı Banklararası Valyuta Birjası (BBVB) və "Buta Sığorta" şirkəti bazar ertəsi Bakıda sığorta şirkətinin birja elektron ticarət sisteminin (BEST) "MONEY-MARKET" pul bazarında iştirakına dair müqavilə bağlayıblar.

Trend-in məlumatına görə, müqaviləni BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və "Buta Sığorta"nın İdarə heyətinin sədri Abbas Babayev imzalayıblar.

Müqaviləyə əsasən, "Buta Sığorta" iştirakçı banklarla bərabərhüquqlu qismində topdan pul bank bazarına çıxış imkanı əldə edir.

BBVB yeni iştirakçıya BEST ticarət sisteminə çıxış imkanı verəcək, habelə hesab və informasiya xidmətləri göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti