...

"Atəşgah" ISO 9001:2008 keyfiyyət standartı üzrə təkrar sertifikatlaşmanı uğurla başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2013 20:03 (UTC +04:00)
Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti beynəlxalq sertifikasiya orqanı olan “Total Quality Certification Services International Pty Ltd.” tərəfindən keçirilən keyfiyyət menecmenti sisteminin ISO 9001:2008 keyfiyyət standartının tələblərinə uyğun olaraq, təkrar sertifikatlaşmanı müvəffəqiyyətlə başa vurub.
"Atəşgah" ISO 9001:2008 keyfiyyət standartı üzrə təkrar sertifikatlaşmanı uğurla başa vurub

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti beynəlxalq sertifikasiya orqanı olan "Total Quality Certification Services International Pty Ltd." tərəfindən keçirilən keyfiyyət menecmenti sisteminin ISO 9001:2008 keyfiyyət standartının tələblərinə uyğun olaraq, təkrar sertifikatlaşmanı müvəffəqiyyətlə başa vurub.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Atəşgah" SŞ Azərbaycanda keyfiyyət menecmenti sistemi üzrə ISO 9001:2000 standartının tələblərinə müvafiq olaraq, sertifikatlaşmanı 2003-cü ildə keçmiş ilk sığorta şirkətidir.

Müasir bazar münasibətləri şəraitində ISO 9001 beynəlxalq sertifikatlaşma seriyasına uyğun olaraq, keyfiyyətin menecmenti sisteminin tətbiqi müştəri cəlb etməyin yollarından biri olmaqla yanaşı, həm də şirkətin rəqabət və ödəmə qabiliyyətini sübut edən tutarlı dəlildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti