...

"AtaSığorta" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 15:57 (UTC +04:00)
"AtaSığorta" ASC-nin səhmdarları nizamnamə kapitalının 10 milyon manata çatdırılması barədə qərar qəbul ediblər.
"AtaSığorta" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Axundov/

"AtaSığorta" ASC-nin səhmdarları nizamnamə kapitalının 10 milyon manata çatdırılması barədə qərar qəbul ediblər. Hazırda şirkətin nizamnamə kapitalı 7,6 milyon manat təşkil edir.

Bu barədə cümə axşamı Trend-ə şirkətin İdarə Heyətinin sədri Müseyib Əliyev deyib.

Onun sözlərinə görə, iyunun 13-də şirkət səhmdarlarının 2012-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçirilib.

Əliyev qeyd edib ki, kapitalın artırılması səhmdarların əlavə vəsaitləri hesabına həyata keçiriləcək.

Ümumi yığıncaqda 2012-ci ilin yekunları üzrə İdarə Heyətinin, Direktorlar Şurasının, Təftiş Komissiyasının hesabatları dinlənilib, kənar müstəqil auditor tərəfindən yoxlanılaraq rəy verilib. 2012-ci ilin yekunları üzrə maliyyə hesabatları təsdiq edilib, xalis mənfəətin bölüşdürülməsi və cəmiyyətin nizamnamə kapitalının artırılması barədə qərarlar qəbul olunub.

"AtaHoldinq" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti