...

"Atəşgah" SŞ media nümayəndələri üçün yazı müsabiqəsi elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2013 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri "Atəşgah" SŞ peşəkar media nümayəndələri üçün "Azərbaycanda sığorta agenti: Nüfuz və geniş imkanlar" mövzusunda ən yaxşı yazı müsabiqəsi elan edir.

Müsabiqə 8 iyul 2013-cü il tarixindən 8 sentyabr 2013-cü il tarixinədək davam edəcək.

Müsabiqəni keçirməkdə məqsəd - ictimaiyyətin diqqətini inkişaf etməkdə olan Azərbaycan sığorta bazarına, sığorta agenti peşəsinə yönəltmək, bu sahədə maarifləndirmə işini aparmaq, eləcə də ən yaxşı jurnalist işlərinin təşviqi və seçimi, mətbuat nümayəndələrinin peşəkar səviyyəsinin yüksəldilməsidir.

Müsabiqə üzrə 3 (üç) pul mükafatı təsis edilib:

I yer - 400 AZN
II yer - 200 AZN
III yer - 100 AZN

Bir müəllif bir neçə yazı təqdim edə bilər.

Çap və elektron xəbər resurslarında yerləşdirilən bütün materiallar müsabiqəyə qəbul olunur. Yazının sonunda "Atəşgah" SŞ-nin keçirdiyi müsabiqəyə təqdim olunur" sözləri qeyd olunmalıdır. Materialın yayım vaxtı və yeri (qəzet və ya elektron resurs) haqqında [email protected] və ya [email protected] ünvanına məlumat göndərilməlidir.

Azərbaycan və rus dillərində yazılacaq jurnalist işləri informasiya dolğunluğu, obyektivlik, problemin işıqlandırılması kimi meyarlara görə qiymətləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti