Azərbaycan, Bakı, 3 avqust/Trend, müxbir A. Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Günay Bank" ASC-nin 9,996 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə Bank Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.
Məlumata görə, emissiyaya hər birinin nominal dəyəri 4783 manat olan 2090 səhm daxildir.
Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı artaraq indiki 23 milyon manatdan 33 milyon manatadək çatacaq.
Yerləşdirmənin anderrayteri qismində "Standart Kapital" MMC çıxış edir.