...

“Atəşgah” Sığorta Şirkəti yeni layihənin təqdimatını keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2013 10:15 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkəti şəxsi biznesini qurmaq istəyən sahibkarları və sığorta agentlərini yeni “Françayzinq” – Agentlik layihəsinin təqdimatına dəvət edir.
“Atəşgah” Sığorta Şirkəti yeni layihənin təqdimatını keçirir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

"Atəşgah" Sığorta Şirkəti şəxsi biznesini qurmaq istəyən sahibkarları və sığorta agentlərini
yeni "Françayzinq" - Agentlik layihəsinin təqdimatına dəvət edir.

Təqdimat 21 sentyabr 2013-cü il tarixində şirkətin baş ofisində keçiriləcək. (Ünvan: Nəsib bəy Yusifbəyli küç 75 "b").

"Françayzınq" layihəsində iştirak edən hər bir kəs heç bir əlavə vəsait tələb olunmadan "Atəşgah" şirkətinin peşəkarlar komandasının köməyi ilə öz sığorta agentliyini yarada bilər.

Layihə çərçivəsində şirkət tərəfindən maraqlananlara məsləhət və treninqlər, lazımi avadanlıq və ciddi hesabat blankları ilə təchizat, xüsusi ayrılmış kurator dəstəyi ilə iş təklif olunur.
Tədbirdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Əlaqə tel: (012) 940.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir.
"Atəşgah" Sığorta Qrupuna "Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "Atəşgah" Sığorta Agentliyi daxildir. 2012-ci ilin nəticələrinə görə, qrupun sığorta haqları 53,5 mln. AZN, ödənişləri isə 13,2 mln. AZN təşkil edib. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti