...

“Atəşgah” SŞ sığorta şəhadətnamələrinin online satışı funksiyasını mümkün edən korporativ sayt istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2013 13:00 (UTC +04:00)
Müştəri xidmətlərinin keyfiyyətini artırmaq və müştərilərin rahatlığı, həmçinin müasir sığorta xidmətləri bazarının tələblərinə cavab vermək məqsədilə “Atəşgah” Sığorta Şirkəti daha müasir, aydın interfeys və sadə naviqasiya, həmçinin sığorta şəhadətnamələrinin online satışı kimi rahat xidmət təqdim edən yeni korporativ saytını istifadəyə verib.
“Atəşgah” SŞ sığorta şəhadətnamələrinin online satışı funksiyasını mümkün edən korporativ sayt istifadəyə verib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Müştəri xidmətlərinin keyfiyyətini artırmaq və müştərilərin rahatlığı, həmçinin müasir sığorta xidmətləri bazarının tələblərinə cavab vermək məqsədilə "Atəşgah" Sığorta Şirkəti daha müasir, aydın interfeys və sadə naviqasiya, həmçinin sığorta şəhadətnamələrinin online satışı kimi rahat xidmət təqdim edən yeni korporativ saytını istifadəyə verib. Bu barədə cümə axşamı Trend-ə şirkətdən daxil olan məlumatda deyilir.

Sığorta şəhadətnaməsini almaq və ödənişsiz olaraq evinizə və yaxud digər ünvana çatdırmaq üçün sayta daxil olub (www.ateshgah.com) sifariş formasını doldurmaq kifayətdir. Ödənişin təsdiqi haqqında məlumat çap edilə, həmçinin elektron ünvana göndərilə bilər.

Bundan əlavə, Şirkət, müştərilərinə aşağıda qeyd olunan onlayn xidmətlər də təqdim edir:

• Peşəkar məsləhətçilərdən pulsuz konsultasiya (sığorta hadisələrinin tənzimlənməsi də daxil olmaqla)
• Müştərinin evinə və ya göstərilən ünvana agentin çağırılması
• Pulsuz sifariş zəngi (Şirkət mütəxəssisləri müştəri üçün rahat olan vaxtda onunla telefon əlaqəsi qurması)
• Göstərilən ünvana pulsuz çatdırılma (müştəri vaxtını itirib ofisə gəlmir)
• Korporativ müştərilərə bütün növ sığorta xidmətlərinin online rejimdə təqdim edilməsi
• Boş iş yerləri qeyd olunmaqla daima yenilənən "Vakansiyalar" bölməsi
• Ofislərin dəqiq yerləşməsi və gediş planı
• Digər funksiyalar

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir.
"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir.
2012-ci ilin nəticələrinə görə, Qrupun sığorta haqları 53,5 mln. AZN, ödənişləri isə 13,2 mln. AZN təşkil edib. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti