...

“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 20 min manatdan artıq sığorta ödənişi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2013 13:19 (UTC +04:00)
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib. Bu barədə Trend-ə şirkətdən daxil olan məlumatda deyilir.
“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 20 min manatdan artıq sığorta ödənişi həyata keçirib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib. Bu barədə Trend-ə şirkətdən daxil olan məlumatda deyilir.

"Atəşgah Həyat" SŞ-də sığortalanmış sənaye müəssisələrindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində 50 faiz əmək qabiliyyətini itirmişdir. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 5000 AZN təşkil edib. Məbləğ zərərçəkmiş şəxsə təqdim edilib.

Digər ödənişlər neft şirkəti əməkdaşlarının əmək qabiliyyətini itirdiyinə görə həyata keçirilib. Sığorta ödənişi iki hadisə üzrə 15 100 AZN təşkil edib.

Hazırda "Atəşgah Həyat" SŞ istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həyata keçirdiyi ödənişlərin ümumi həcmi təqribən 1 mln. AZN təşkil edir.

"Atəşgah Həyat" SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir.
"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ Atəşgah" Sığorta Qrupuna daxildir.
2012-ci il ərzində Qrupun sığorta haqları 53,5 mln. AZN, ödənişləri isə 13,2 mln. AZN təşkil etmişdir.

"Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti