...

"Atəşgah" müştəriləri üçün unikal onlayn təklif hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 18:27 (UTC +04:00)
Uzunmüddətli əməkdaşlıq çərçivəsində "Atəşgah" sığorta şirkəti (SŞ) və məşhur ödəniş portalı Hesab.az müştəriləri üçün növbəti təklif hazırlayıb.
"Atəşgah" müştəriləri üçün unikal onlayn təklif hazırlayıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Uzunmüddətli əməkdaşlıq çərçivəsində "Atəşgah" sığorta şirkəti (SŞ) və məşhur ödəniş portalı Hesab.az müştəriləri üçün növbəti təklif hazırlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bundan sonra istənilən avtomobil sahibi Hesab.az portalında "Atəşgah" SŞ-nin sadə və rahat sığorta məhsulunu - "İcbari+" - əldə etməklə öz mülki məsuliyyətinin limitini artıra bilər. Dəyəri 19 manat olan "İcbari+" məhsulu məsuliyyət limitini 10 min manata qədər artırmaq imkanı verir.

Bundan əlavə, "İcbari+" məhsulunu əldə etmiş hər bir müştəri elə o andaca Hesab.az-dan 20 min hədiyyə bonusu, həmçinin mobil telefonunun balansını 5 manat dəyərində artırmaq imkanı əldə edir.

Sığorta şəhadətnaməsini əldə etmək üçün Hesab.az portalında "Sığorta" bölümünə daxil olmaq kifayətdir. Sığorta şəhadətnaməsi "Atəşgah" SŞ tərəfindən bir iş günü ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılır.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın onlayn məkanında "Atəşgah" SŞ və Hesab.az portalı tərəfindən icbari avtomobil sığortasının onlayn satışı tətbiq olunmuşdu. Yaxın perspektivdə müştərilərin rahatlığı və onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə digər məhsulların da tətbiqi planlaşdırılır.

Əlavə məlumat üçün: (012) 940 əlaqə nömrəsi

"Atəşgah" SŞ 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2012-ci ilin nəticələrinə görə, Qrupun sığorta haqları 53,5 mln. manat, ödənişləri isə 13,2 mln. manat təşkil edib. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti