...

"AtaSığorta"nın kapitalı 10 milyon manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2014 20:53 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AtaSığorta" ASC-nin 2,4 milyon manat həcmində səhmləri qeydiyyata alınıb.
"AtaSığorta"nın kapitalı 10 milyon manata çatıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AtaSığorta" ASC-nin 2,4 milyon manat həcmində səhmləri qeydiyyata alınıb.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində nominal dəyəri 25 manat olan 96 000 səhm buraxılıb. Bununla da şirkətin nizamnamə kapitalı 10 milyon manata çatıb.

Nizamnamə kapitalının növbəti dəfə artırılması ilə bağlı "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri cənab Müseyib Əliyev bildirib: "Azərbaycan Respublikasında sığorta sektorunun dinamik inkişafı sığorta şirkətləri qarşısında müəyyən imkanlar yaradır. Bu imkanların həyata keçirilməsi üçün sığorta şirkətlərinin maliyyə gücünün müntəzəm şəkildə artırılması mühüm əhəmiyyət kəsb edir. AtaSığorta öz müştəriləri və tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmək və özünün maliyyə sabitliyini təmin etmək üçün gələcəkdə də nizamnamə kapitalının artırılmasını davam etdirəcək".

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial, 8 nümayəndəlik və 6 satış ofisi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti