...

İcbari Sığorta Bürosu üzvlük haqlarının artımını mümkün hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2014 11:35 (UTC +04:00)
Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) hazırda 200 min manat səviyyəsində olan üzvlük haqlarının, eləcə də sığortanın növündən asılı olaraq 100 mindən 200 min manatadək olan icbari sığorta növləri üzrə depozitlərin məbləğinin artılmasını mümkün hesab edir.
İcbari Sığorta Bürosu üzvlük haqlarının artımını mümkün hesab edir

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) hazırda 200 min manat səviyyəsində olan üzvlük haqlarının, eləcə də sığortanın növündən asılı olaraq 100 mindən 200 min manatadək olan icbari sığorta növləri üzrə depozitlərin məbləğinin artılmasını mümkün hesab edir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Büronun icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, lakin hazırda bu məsələyə baxılmır: "Bu sual Büroya deyil, Maliyyə Nazirliyinə və nazirlik yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə ünvanlanmalıdır, lakin bazarın həcminin artması fonunda üzvlük haqlarının və depozitlərin artması mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti