Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/
İlin sonuna kimi İcbari Sığorta Bürosunun (İSB) investisiya portfeli 16 milyon manatadək arta bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Büronun icraçı direktoru Elxan Quliyev bildirib.
Onun sözlərinə görə, bu gün büronun investisiya portfeli 13,15 milyon manat təşkil edir. Büro öz vəsaitlərini əsasən yerli bankların depozitlərində saxlayır.