...

"Buta Sığorta" kitabsevərləri sevindirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2014 16:20 (UTC +04:00)
Azərbaycan sığorta bazarının əsas iştirakçılarından biri olan "Buta Sığorta" şirkəti Bakının tanınmış kitab mağazalarından biri sayılan "Kitab Evim" ilə əməkdaşlığa başlayıb.
"Buta Sığorta" kitabsevərləri sevindirir

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycan sığorta bazarının əsas iştirakçılarından biri olan "Buta Sığorta" şirkəti Bakının tanınmış kitab mağazalarından biri sayılan "Kitab Evim" ilə əməkdaşlığa başlayıb.

Gənclər arasında qiraəti təbliğ etmək məqsədilə sığorta şirkəti "Kitab Evim"də xüsusi "Qoy-götür" guşəsində xüsusi stend kirayə edib. Bu stenddə "Buta Sığorta"nın oxumağa məsləhət gördüyü, hər bir zövqə uyğun kitablar yerləşdirilib.

İndi hər bir oxucu öz şəxsiyyət vəsiqəsini təqdim etməklə, onu maraqlandıran ədəbiyyatı 10 gün ərzində tamamilə pulsuz olaraq əldə edə bilər. "Buta Sigorta" ilə əməkdaşlıq sayəsində "Kitab Evim"in imkanları artıq kitabxanalarla bərabərləşdi. Bu isə geniş oxucu kütləsinə kitab rəflərinə yenicə daxil olan nəşrləri oxumaqdan zövq almağa imkan verəcək.

Qeyd edək ki, "Kitab Evim" müxtəlif oxucu auditoriyasına yönəlmiş bir neçə xüsusi şöbəyə malik olduğundan Bakıda ən məşhur mağazalardan biri hesab olunur. Ən tələbkar oxucunun belə biganə qalmayacağı kitabların zəngin çeşidi sayəsində burada həm Azərbaycan, həm də əcnəbi dillərdə əsərlər tapmaq olar. Buradakı dram, antiutopiya, elmi fantastika və çoxlu digər bədii və publisistik janrlarda olan kitablar həqiqətən də dünya bestsellerləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti