...

Azərbaycanın İcbari Sığorta Bürosu vahid klirinq sistemi hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2014 11:47
Azərbaycanda İcbari Sığorta Bürosu (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödənişlərlə bağlı tələblərin emalının vahid klirinq sistemini hazırlayır.
Azərbaycanın İcbari Sığorta Bürosu vahid klirinq sistemi hazırlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Emin Əliyev/

Azərbaycanda İcbari Sığorta Bürosu (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödənişlərlə bağlı tələblərin emalının vahid klirinq sistemini hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Sığorta Forumunda İSB-nin rəhbəri Elxan Quliyev deyib.

O, qeyd edib ki, AVSMMİS ölkənin icbari sığorta bazarının ən mühüm elementlərindən biridir: "Bununla yanaşı, sığortaçılar sığortanın bu növü və müştərilərlə işə müxtəlif yanaşmalardan istifadə edirlər ki, bu da konkret seqmentə və bütovlükdə bütün bazara mənfi təsir edir".

E.Quliyevin sözlərinə görə, ona görə də İSB vahid, mərkəzləşdirilmiş idarəetmə sisteminin və icbari avtomobil sığortası sahəsində ödəmələr üzrə tələblərin emalının hazırlanmasına başlayıb: "Bu sistemin üstünlükləri sırasında bütün şirkətlər arasında sənəd dövriyyəsi, eləcə də elektron formada dövriyyəni qeyd edə bilərəm. Bundan əlavə, sığortalanmış vətəndaşlar müvafiq SMS-xəbərdarlıqlar ala, həmçinin real vaxt rejimi ilə onlar tərəfindən daxil edilmiş sığorta hadisəsi üzrə ödənişə tələbin statusunu izləyə bilərlər".

İcbari Sığorta Bürosuna 15 sığorta şirkəti daxildir. Onlardan 11-i AVSMMİS polislərinin satışı hüququna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti