...

"Buta Sığorta" şirkətinin İdarə Heyətinin sədri dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2014 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Emin Əliyev/

"Buta Sığorta" sığorta şirkətinin İdarə heyətinin yeni sədri Qənbər Suvanverdiyev təyin edilib. Bu barədə Trend şirkətə istinadən məlumat verir.

Əvvəllər bu vəzifəni Abbas Babayev tuturdu.

Q.Suvanverdiyev 2012-ci ilin iyulundan şirkətin Direktorlar Şurasının üzvüdür.

Əvvəllər "Temzа Sığorta Qrupu" kimi tanınan şirkət 2012-ci il iyulun 26-dan "Buta Sığorta" ASC adlanır. Şirkətin rebrendinqi səhmdarların tərkibindəki dəyişikliklə əlaqədar baş verib. Hazırda şirkətdə altı səhmdar var: bunlar hər biri 19 faizlik payla "Bank of Baku", "Baku Electronics", "Baku Service Company", "Auto Azerbaijan" və "Qafqaz Lizinq" şirkətləri, eləcə də beş faizlik iştirak payı ilə "NAB Holding"dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti