...

“AtaSığorta” filial şəbəkəsinin genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2014 12:11 (UTC +04:00)
“AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artması və hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni “Xəzər” filialını istifadəyə vermişdir.
“AtaSığorta” filial şəbəkəsinin genişləndirir

Azərbaycan, Bakı, 23 iyul /Trend/

"AtaSığorta" ASC sığorta xidmətlərinə tələbatın artması və hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni "Xəzər" filialını istifadəyə vermişdir.

Çərşənbə günü şirkətdən Trend-ə verilən məlumata görə, "AtaSığorta" ASC-nin "Xəzər" filialı Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsi 15 ünvanında fəaliyyət göstərməyə başlamışdır. Rahat və geniş filial binası tam təmir edilmiş, müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir. Müasir tələblərə cavab verən "Xəzər" filialı şirkətin həm fiziki, həm də korporativ müştərilərinə etibarlı sığorta xidmətləri göstərəcəkdir.

Açılış mərasimində çıxış edən İdarə Heyətinin sədri Müseyib Əliyev mərasim iştirakçılarını salamladı və qeyd etdi: "AtaSığorta hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Yeni filial "AtaSığorta" ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcəkdir. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir".

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti