...

"Günay Bank" kapitalını təqribən 4 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2014 15:15 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Günay Bank" ASC-nin 49,98 milyon manat dəyərində adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Günay Bank" kapitalını təqribən 4 dəfə artırır

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Günay Bank" ASC-nin 49,98 milyon manat dəyərində adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 4,783 manat olan 10 450 səhm qeydiyyata alınıb.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 3,76 dəfə artaraq 68,08 milyon manata çatacaq.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti