...

"AtaSığorta" sığorta şirkəti nizamnamə kapitalını 18 milyon dollara çatdırmağı planlaşdırır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 13:15 (UTC +04:00)
"AtaSığorta" ASC ilin sonunadək nizamnamə kapitalını 10 milyon manatdan 14,2 milyon manatadək artırmağı planlaşdırır.
"AtaSığorta" sığorta şirkəti nizamnamə kapitalını 18 milyon dollara çatdırmağı planlaşdırır (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Azad Həsənli/

"AtaSığorta" ASC ilin sonunadək nizamnamə kapitalını 10 milyon manatdan 14,2 milyon manatadək artırmağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə cümə günü "AtaSığorta"-nın İdarə Heyətinin sədri Müseyib Əliyev şirkətin 10 illik yubileyi münasibəti ilə keçirilən mətbuat konfransında bildirib.

Operativ məlumatlara görə, 2014-cü ilin ilk on ayı ərzində "AtaSığorta"nın sığorta yığımları 7,3 milyon manat olub.

Onun sözlərinə görə, ilin sonunadək sığorta mükafatlarının on milyon manatdan yuxarı olacağı gözlənilir.

M.Əliyevin sözlərinə görə, ilin əvvəlindən şirkət 3,5 milyon manata yaxın ödənişlər edib. İlin sonunadək ödənişlərin həcminin daha bir milyon manat artacağı gözlənilir.

Şirkət Azərbaycanın sığorta bazarı ilə yanaşı aparıcı sığorta və broker şirkətləri ilə də sıx əməkdaşlıq edir.

M.Əliyev deyib: "Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq şirkət daim öz fəaliyyətinin təhlil edir, yeniliklər tətbiq edir, cəmiyyətin inkişafına böyük töhfə verir".

Bu gün şirkət sığortanın 22 könüllü və 4 icbari növü üzrə xidmətlər göstərir.

"AtaSığorta" sığorta bazarında 2004-cü ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti