...

Sığortaçılar Baden Badendə "Azərbaycan Gecəsi"nə toplaşıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 10:20 (UTC +04:00)
Almaniyanın Baden Baden şəhərində işinə başlayan sığortaçıların ənənəvi illik forumu çərçivəsində oktyabrın 19-da "Azərbaycan Gecəsi" keçirilib.
Sığortaçılar Baden Badendə "Azərbaycan Gecəsi"nə toplaşıblar

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Almaniyanın Baden Baden şəhərində işinə başlayan sığortaçıların ənənəvi illik forumu çərçivəsində oktyabrın 19-da "Azərbaycan Gecəsi" keçirilib.

Trend xəbər verir ki, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən təşkil edilən tədbirin sponsorları kimi "AzRe" təkrarsığorta, "Standard Insurence", "PAŞA sığorta", "PAŞA Həyat Sığorta", "Qala Həyat Sığorta", "İpək Yolu Sığorta" şirkətləri çıxış edib.

Toplantıda Azərbaycanın 14 sığorta şirkətinin, eləcə də ASA və İcbari Sığorta Bürosunun rəhbərliyi iştirak edib.

Tədbiri ASA-nın sədri Orxan Bayrmov açıb. Qonaqları salamlayan ASA sədri Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verib. Azərbaycanın milli elementləri ilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış olublar.

Qeyd edək ki, artıq ənənə halını almış "Azərbaycan Gecəsi" Badendə 2-ci dəfədir ki, təşkil edilib. Bu il tədbirdə 37 ölkənin 91 şirkətinin 214 nümaynədəsi qatılıb.

Baden Baden forumunda Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşləri nəzərdə tutulur. Görüşlərdə yeni partnyorların tapılması, təkrar sığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti