...

"Atəşgah" Sığorta Şirkəti KASKO üzrə 2,8 mln AZN ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2014 12:07 (UTC +04:00)
Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti noyabr ayı ərzində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.
"Atəşgah" Sığorta Şirkəti KASKO üzrə 2,8 mln AZN ödəniş edib

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" Sığorta Şirkəti noyabr ayı ərzində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.

Belə ki, Quba-Xaçmaz yolunun 10-cu km-də şirkət tərəfindən sığortalanmış "Volkswagen Polo" markalı avtomobil maneə ilə toqquşmuşdur. Həmin hadisə üzrə müştəriyə 10.900 AZN məbləğində sığorta ödənişi verilmişdir.

Quba şəhərində də analoji hadisə baş vermişdir. "Nissan Qashqai" markalı avtomobil qeyd edilən şəhərin ərazisində maneə ilə toqquşmuşdur. Nəticədə müştəriyə 9.863 AZN məbləğində sığorta ödənişi verilmişdir.

Ümumiyyyətlə, "Atəşgah" SŞ tərəfindən 2014-cü ilin yanvar- noyabr ayları ərzində KASKO üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 2.8 mln. AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti