...

Qiymətli kağızlar bazarında peşəkarlara ehtiyac var

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2015 12:48 (UTC +04:00)
Ölkə iqtisadiyyatının inkişafı qiymətli kağızlar bazarında peşəkar kadrlara tələbatı artırır.
Qiymətli kağızlar bazarında peşəkarlara ehtiyac var

Ölkə iqtisadiyyatının inkişafı qiymətli kağızlar bazarında peşəkar kadrlara tələbatı artırır. Dünya ölkələrində kapital bazarlarının çəkisinin artması, Azərbaycanda da son illər bu sahənin inkişafına olan diqqəti nəzərəçarpacaq dərəcədə artırıb. Lakin bununla belə, bir sıra mövcud problemlər hələ də tam olaraq həllini tapmayıb ki, onlardan biri də ixtisaslı kadr çatışmazlığıdır.

Aydındır ki, yüksək ixtisaslı kadrlar olmadan bu sahədə tərəqqidən danışmaq mümkün deyil. Burada bir sıra məsələlər öz həllini tapmalıdır. Birincisi, kadrları hazırlayacaq yüksəkixtisaslı mütəxəssislərə ehtiyac var. Həmin mütəxəssislər mövcud vəziyyəti daha yaxşı dərk edən insanlardan ibarət olmalıdır. Bu yerdə, ölkədə olan maliyyə institutlarının üzərinə böyük yük düşür. İkincisi isə insanların bu sahədə olan perspektivlərdən xəbərsiz olmalarıdır. Halbuki Azərbaycanın qiymətli kağızlar bazarı sabit inkişaf edən stabil kapital bazarıdır. Bu özünü həm əməliyyat prosesləri və bazar infrastrukturunun dinamikasında, həm də bazarın kəmiyyət göstəricilərində büruzə verir. Bütövlükdə, hər iki amil kapital bazarlarında keyfiyyət dəyişikliklərinə təkan verir.

Bu gün kadr çatışmazlığının aradan qaldırılması və bazarın inkişafı istiqamətində həm Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzdində yaradılmış Kapital Bazarı üzrə Tədris Mərkəzi, həm də fərdi investorlarının sayının artırılması istiqamətində fəaliyyət göstərən InvestAZ şirkəti tərəfindən çoxşaxəli işlər görülməkdədir. Artıq qiymətli kağızlar bazarında fəaliyyət göstərən şirkətlərin ən peşəkar mütəxəssislərə malik olmaları əsas şərtdir. Tam spektr üzrə maliyyə xidmətləri göstərən şirkətlər əhalini terminlər və risklər haqqında doğru məlumatlandırmaları üçün müvafiq lisenziya almış əməkdaşlar cəlb etməlidirlər.

Bütövlükdə, bu istiqamət üzrə görülən işlər "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramına uyğun aparılır. Sahə üzrə mütəxəssislərin inkişaf etdirilməsi və peşəkarlığının artırılması istiqamətində illik təlim proqramları hazırlanıb və bir sıra yerli və xarici tərəfdaşlarla əməkdaşlıqlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti