Azərbaycan, Bakı, 18 mart /Trend/
Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ 2015-ci ilin fevralında KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.
SŞ-dən Trend-ə verilən məlumata görə, məbləği 7 999 AZN təşkil edən sığorta ödənişi Bakının Heydər Əliyev prospektində "Opel Astra" markalı avtomobillə toqquşmuş "Kia Cerato" markalı avtomobilin sahibinə verilmişdir.
Daha bir ödəniş "BMW-320" markalı avtomobillə toqquşmuş "Mitsubishi Pajero" markalı avtomobilin sahibinə təqdim edilib. Bakı şəhəri, Neftçilər və Azadlıq prospektlərinin kəsişməsində baş verən hadisəyə görə müştəriyə 11.900 AZN məbləğində sığorta ödənişi verilib.
Başqa bir hadisə Bakı-Şamaxı yolunun 18-ci km-də baş vermişdir. Şirkətdə KASKO üzrə sığortalanmış "Mitsubishi Pajero" markalı avtomobil "QAZ-33021" markalı avtomobillə toqquşmuşdur. Həmin hadisə üzrə müştəriyə 15.767 AZN sığorta ödənişi verilmişdir.