...

Avtomobil sahiblərinə sərfəli təklif

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2015 12:00 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkəti və Hesab.az portalının birgə əməkdaşlığı çərçivəsində avtomobil sahiblərinə sərfəli təklif olunur.
Avtomobil sahiblərinə sərfəli təklif

Azərbaycan, Bakı, 21 iyul /Trend/

"Atəşgah" Sığorta Şirkəti və Hesab.az portalının birgə əməkdaşlığı çərçivəsində avtomobil sahiblərinə sərfəli təklif olunur.

Şirkətdən Trend-ə verilən məlumata görə, 1 avqust tarixinədək davam edən avtomobillərin mütləq texniki baxışdan keçirilməsi zamanı zəruri olan icbari avtomobil sığortası polisini Hesab.az portalı vasitəsilə sifariş edə bilərsiniz. Bununla da siz həm vaxtınıza, həm də enerjinizə qənaət etmiş olacaqsınız.

"Hesab.az" portalında qeydiyyatdan keçmiş hər bir müştəri "Atəşgah" Sığorta Şirkətindən icbari avtomobil sığortasını əldə edə bilər. Bunun üçün istifadəçi ondan tələb olunan müvafiq məlumatları cədvəldə qeyd etməli və ödəniş kartı vasitəsilə sığorta şəhadənaməsinin dəyərini ödəməlidir.

Qeyd edək ki, sığorta şəhadətnaməsi "Atəşgah" sığorta şirkətinin əməkdaşları tərəfindən 2 iş günü ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılır.
Əlavə məlumat üçün (012) 940 əlaqə telefonuna zəng etmək olar.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib.

"Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir.

"Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti