...

Azərbaycanda Rusiya avtomobil sahibləri üçün "Yaşıl Kart"ın tətbiqi təxirə salındı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2016 14:38 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan ərazisində Rusiya sığortaçıları üçün "Yaşıl Kart" sisteminin işə düşməsi təxirə salınır. Sistemin 2016-cı il yanvarın 1-də tətbiq edilməsi planlaşdırılırdı. Bu barədə Trend Rusiya Avtosığortaçılarına istinadən məlumat verir.

Məlumatda deyilir: "Bu onunla əlaqədardır ki, "Yaşıl Kart" sisteminin qaydalarına müvafiq olaraq Rusiya Avtosığortaçıları və Azərbaycanın İcbari Sığortası Bürosu arasında ikitərəfli saziş imzalanmayıb. Belə ki, hazırda o, zəruri beynəlxalq hüquqi ekspertizadan keçməyib".

Buna görə də Rusiyanın "Yaşıl Kart"ları (hətta AZ yazısının pozulmadığı kartlar da) 2016-cı il yanvarın 1-dən Azərbaycan ərazisində qüvvədə olmayacaq və respublika ərazisinə giriş köhnə qaydalar üzrə həyata keçiriləcək. Bununla belə, həmin kartlar "Yaşıl Kart" sisteminə qoşulmuş digər ölkələrin ərazisində qüvvədə olacaq. Azərbaycanın "Yaşıl Kart"ları isə Rusiya ərazisində etibarlı hesab edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti