...

"Atəşgah" iri sığorta ödənişləri həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2016 17:44 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkəti cari ilin yanvar-fevral ayları ərzində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.
"Atəşgah" iri sığorta ödənişləri həyata keçirib

Bakı. Trend:

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" Sığorta Şirkəti cari ilin yanvar-fevral ayları ərzində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi şosesində könüllü sığorta növü üzrə sığortalanmış "Hyundai Genesis" markalı avtomobil "İJ 2717" markalı avtomobillə toqquşma nəticəsində zədələnib. Həmin hadisə üzrə müştəriyə 16 729 AZN məbləğində sığorta ödənişi verilib.

Digər hadisə Bakı şəhəri, Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində baş verib. Belə ki, könüllü sığorta növü üzrə sığortalanmış "Audi A5" markalı avtomobil "Mitsubishi Pajero" markalı avtomobillə sonra isə "İveco" markalı avtomobil ilə toqquşmuşdur. Həmin hadisə üzrə müştəriyə 42 500 AZN məbləğində sığorta ödənişi verilib.

Üçüncü iri ödəniş isə İsmayıllı rayonu, Gəndab kənd yolunda könüllü sığorta növü üzrə sığortalanmış "Honda CRV" markalı avtomobilin sahibinə verilib. Qarlı hava şəraiti və yolun buz bağlaması səbəbindən aşan avtomobil üçün müştəriyə 7900 AZN məbləğində sığorta ödənişi verilib.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. "Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti