...

"Buta Sığorta"nın sığorta aktivi ləğv edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2016 11:49 (UTC +04:00)
"Buta Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında sığorta şirkətinin ləğvi məsələsinə baxılacaq.
"Buta Sığorta"nın sığorta aktivi ləğv edilir

Bakı. İlahə Məmmədli, Ənvər Məmmədov - Trend:

"Buta Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında sığorta şirkətinin ləğvi məsələsinə baxılacaq.

Şirkətin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir ki, səhmdarların yığıncağı iyunun 24-də olacaq.

"Buta Sığorta"nın İdarə Heyətinin sədri Qəmbər Suvanverdiyev Trend-ə bildirib ki, ləğv prosesi sığorta şirkətinin "Günay Sığorta" ASC ilə birləşməsi ilə bağlıdır: "Şirkətin heç bir borcu yoxdur və normal işləyir. Lakin konsolidasiya prosesində bazarda bir sığorta şirkəti qalmalıdır. Buna görə də şirkətin səhmdarları şirkətimizin bütün aktiv portfelinin "Günay Sığorta"ya verilməsi barədə qərar qəbul ediblər. İşçilərimiz də "Günay Sığorta"da işləməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti