Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan və Rusiya "Green Card" avtomobil sığortası sistemi üzrə ikitərəfli saziş imzalayıblar.
Trend-in məlumatına görə, bunu Rusiyanın "Green Card" Bürosunun icraçı direktoru Sergey Razuvan VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib.
Onun sözlərinə görə, sənədlər ötən gün Bakıda imzalanıb və saziş 2016-cı il avqustun 1-dən qüvvəyə minəcək.
İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev Trend-ə deyib ki, tərəflər Azərbaycanın işğal olunmuş ərazilərində polislərin tətbiq edilməməsi barədə razılığa gəliblər.