...

İnkişaf mərhələləri - IV. Müasir əmək bazarının bəzi xüsusiyyətləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2016 11:41 (UTC +04:00)
Belə hesab olunur ki, ÜDM-un ildən ilə artması ölkə iqtisadiyyatının uğurlu inkişafı, insanların rifahının yaxşılaşması deməkdir.
İnkişaf mərhələləri - IV. Müasir əmək bazarının bəzi xüsusiyyətləri

Ekspert Fərhad Əmirbəyov

İqtisadi inkişaf dərəcəsinin Ümumi Daxili Məhsul (ÜDM) adlanan iqtisadi göstərici əsasında müəyyən edilməsi daha geniş hal almışdır. Məlum olduğu kimi, ÜDM makroiqtisadi göstəricidir and bu göstərici il ərzində bu və ya digər dövlətin ərazisində istehsal olunmuş bütün son məhsulların və xidmətlərin dəyərini özündə əks etdirir. Belə hesab olunur ki, ÜDM-un ildən ilə artması ölkə iqtisadiyyatının uğurlu inkişafı, insanların rifahının yaxşılaşması deməkdir. Lakin hər şey o qədər də sadə deyildir.

Hesab edirəm ki, başlıqda göstərilmiş mövzuya dair bir sıra fikirlərimin izahına keçməzdən əvvəl, öz dramatikliyi and nəticələri baxımından ağılasığmaz proseslərin baş verdiyi mühiti dərk etmək lazımdır.

Hər şeydən əvvəl, hazırda dünyada daha bir texnoloji inqilab baş verməkdədir və bu inqilabın insanları istehsalın operativ idarə edilməsi prosesindən tamamilə sıxışdırıb çıxaracağı gözlənilir. Yəni, artıq düymələri basmaq (operator), qurğulara nəzarət etmək, detalları yerləşdirmək və digər işlər üçün insanlara ehtiyac qalmayıb. İdarəetmənin avtomatlaşdırılması, robotlaşdırılması və kompyuterləşdirilməsi zavodlarda canlı işçi qüvvəsinin azalmasına səbəb olmuşdur.

Eyni zamanda, artıq sənaye səhəsində yüksək ixtisaslı kadrlara təlabat azalıb. “Aşağı ixtisaslı əmək – yüksək ixtisaslı əmək – mühəndis və texnoloqlar” zəncirində orta bənd tez bir zamanda sıradan çıxır. Sənaye sahəsində post-modern dövrünün mahiyyəti də məhz bundan ibarətdir.

Əvvəlki modernizm dövründə insan olmadan qurğuların işə salınması, əmtəənin hərəkətinin təmin edilməsi mümkün deyildi. Bütün mərhələlərdə qırılmaz istehsal-texnologiya zəncirini insanın iştirakı olmadan yaratmaq qeyri-mümkün idi. Sənaye sahəsinin mədəni və təhsilli, böyük kollektivlərdə işləmək qabiliyyəti olan kardlara ehtiyacı var idi.

Karyera istehsal sistemi çərçivəsində qırılmaz təkamül xətti üzrə sadədən mürəkkəbə doğru inkişaf edirdi və bu istehsal sistemi də öz növbəsində bir nəslin əmək təcrübəsinin müddətinə bərabər sürətlə inkişaf edirdi. İstehsalat dövrü ilə insanın əmək qabiliyyətliliyi dövrü arasında sinxronluq müşahidə olunurdu.

Tədricən, ilkin olaraq, əməyin mexanikiləşdirilməsi, sonra istehsalın avtomatlaşdırılması və daha sonra robotlaşdırılması sənaye sahəsində transformasiyaların baş vermə sürətində dəyişikliklərə səbəb oldu.

Bunu avtomobil sənayesi, məişət avadanlığı istehsalı səhəsində, məhsulların yeni istehlak keyfiyyətləri ilə bazara hansı sürətlə daxil olması nümunəsində aydın görmək olar. Eyni zamanda, 2008-ci ildən bəri dünya böhran vəziyyətindədir və bu dövri deyil struktur böhranıdır. Yəni bu böhran iqtisadiyyatın maliyyə və sənaye sahələrinin əsas iştirakçıları üçün təhlükəli bir böhran olmadı.

Struktur böhranında hazırda baş verə bilən və gələcəkdə baş verə biləcək proseslər arasında bir ziddiyyət əlaməti vardır.

Nümunə 1. (mənbə: The Economic Times, 27 İyul, 2015).
“Changying Precision Technology Company Çinin Dunquan şəhərində tam robotlaşdırılmış bir fabrik açıb. Bütün istehsal prosesi yalnız avadanlıqlar vasitəsilə icra edilir. Fabrik mobil telefon hissələri istehsal edir və burada, on montaj xəttində 24 saat ərzində 60 robotlaşdırılmış əl işləyir. Hər bir montaj xəttində texniki heyətdən üç nəfər mütəxəssisin nəzarəti altında avtomatlaşdırılmış konveyer işləyir. Bir neçə ay əvvəl konveyerdə işləmək üçün 650 nəfər işçi tələb olunurdu. Hər bir robot 6-8 işçini əvəz edə bilir. Şirkətin baş meneceri Lo Veytsyanın sözlərinə görə, hazırda fabrikdə 60 nəfər işçi çalışır və gələcəkdə onları sayı 20-yə qədər azalacaq. Bununla belə, fabrikin bütün canlı işçi qüvvəsi nəzarət otağındadır.”

Nümunə 2 (mənbə: BBC Rus xidməti, 11 Fevral, 2015).
“Böyük Britaniyada sürücüsüz avtomobillərin sınaqdan keçirilməsi və istifadəsi, bununla bağlı qanunvericilik bazasının işlənib hazırlanmasına dair proqramın icrasına başlanılıb. Britaniya hökuməti bəyan edib ki, məqsəd ölkəni bu yeni texnologiya üzrə dünya liderinə çevirməkdir. Proqramın icrasına 19 milyard funt sterlinq ayrılıb. Qanunvericilik bazasının işlənib hazırlanması prosesinin 2017-ci ilin yayına qədər bitməsi planlaşdırılır.”

Belə misallar çoxlu saydadır. İlkin olaraq nəzərə çarpan məqam ondan ibarətdir ki, bir tərəfdən, müasir texnologiyalar məhsulların və xidmətlərin istehsalının səmərəliliyini artırır, digər tərəfdən isə işsizliyə səbəb olur. Yəni, burada paradoks müşahidə olunur. Məhsul istehsalında insanların rolu getdikcə azalır, lakin məhsul qıtlığı müşahidə olunmur. Məhsul artıqlığı şəraitində əlavə iş yerlərinin açılmasına ehtiyac yoxdur.

Daha bir nəticə ondan ibarətdir ki, yeni istehsal və idarəetmə texnologiyaları əmək münasibətlərinin dəyişilməsinə səbəb olub. Lakin əmək qanunvericiliyi, sosial və təhsil sistemlərində bu nəzərə çarpmır.

Baş verən proseslərin mahiyyəti də məhz bundan ibarətdir. Bəziləri həmin prosesləri qlobal iqtisadi böhran kimi dəyərləndirməklə keçmişə qayıdışı gözləyirlər, digərləri isə düzgün olaraq dərk edirlər ki, hazırda dövrlərin, texnoloji sistemlərin dəyişilməsi prosesi gedir və burada heç bir restavrasiyadan söhbət gedə bilməz.

Bunu D.Autorun qrafikində aydın şəkildə görmək olar:



Autor qrafiki
Məşğulluq səviyyəsində dəyişikliklər: 1980-2005
İş qabiliyyətinin mürəkkəbliliyi, %
İş yerlərinin sıxışdırılması prosesi
Sadə vəzifələr, mürəkkəb avtomatlaşdırıla bilən vəzifələr, yaradıcı vəzifələr
Aşağı ixtisaslı işçilər, o cümlədən qastarbayterlər, maşınlar və proqramlar, yüksək ixtisaslı işçilər

Bu qrafik sadə vəzifələrin öhtəsindən gələ bilən işçi qüvvəsinə olan təlabatı, avtomatlaşdırıla bilən işə getdikcə azalan təlabatı və yüksək ixtisaslı kadrlara olan sabit təlabatı əks etdirir.

Bu məqalədə aşağı ixtisaslı əməkdən danışılmır. Gəlin fikrimizi yüksək ixtisaslı, yüksək maaşlı əməyə yönəldək. Biz hazırda insan kapitalı deyilən bir anlayışın mövcud olduğu bir dövrdəyik. Son səkkiz il ərzində dünya iqtisadiyyatının inkişaf tempinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Bu tendensiya Azərbaycana da öz təsirini göstərmişdir. Belə bir vəziyyətin hələ uzun müddət davam edəcəyi güman olunur.

İqtisadiyyat elmində belə bir ideya irəli sürülür ki, bu cür şərtlər altında inkişafı yalnız iqtisadi göstəricilər əsasında müəyyən etmək artıq düzgün deyildir. İnstitutların keyfiyyəti və insan kapitalının dəyəri daha perspektivli bir göstərici rolunu oynaya bilər. Yeni maşınlar, materiallar ixtira edən, sənayeni təşkil və idarə edən insan artıq post-modern dövründə adi muzdlu işçi hesab olunmur. O, maliyyə və sənaye kapitalı qədər dəyəri olan bir biznes tərəfdaşıdır.

Belə bir mütəxəssisin şəxsi potensialı adi muzdlu işçinin potensialı kimi istehsal prosesindən kənarlaşdırıla bilməz. Belə ki, məhz həmin insan yeni dəyər yaradır və istehsalın əhəmiyyətli hissəsinə nəzarət edir.

İnsan kapitalı yaradıcılıq qabiliyyətinə malikdir. O, materiyanı, enerjini və informasiyanı kreativ şəkildə dəyişdirir. İnsan kapitalı yaratmaq, ixtira etmək, məhsul və xidmət istehsalının yeni metodlarını müəyyən etmək qabiliyyətinə əsaslanaraq əldə edilir. İnsan kapitalı sahibinin sosial statusunu möhkəmləndirmək üçün intellektual mülkiyyətin, innovatorların müəllif hüquqlarının müdafiəsini təmin etmək lazımdır. Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini artırmaq üçün təhsil və elmi tədqiqatlara ayrılan vəsaitlərin artırılması vacibdir.

Biz hüquq elmlərində müəyyən dəyişikliklərin baş verməsi ərəfəsindəyik. Ona görə də, insana yeni insan kapitalı sahibi statusunun verilməsini təmin etmək lazımdır. Əlbəttə ki, belə bir kapitalın dəyərinin müəyyənləşdirilməsi üçün mexanizmlərə ehtiyac vardır. Burada yeni elmi tədqiqatlar üçün yeni bir sahə açılır. İnnovasiyaların tanınması və bu və ya digər insanda insan kapitalının mövcudluğu əlbəttə ki, bazar tərəfindən müəyyənləşdiriləcək.

Növbəti məqalədə texnologiyaların insanların işsizliyinə gətirib çıxardığı bir şəraitdə hansı tədbirlərin görülməsinin vacibliyindən danışacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti