...

Aksiz dərəcəsi üzrə dəyişiklik benzin və dizelin pərakəndə satış qiymətinə təsir etməyəcək - Tarif Şurası

Energetika Materials 24 Avqust 2022 20:02 (UTC +04:00)

Bakı. Trend:

Tarif (qiymət) Şurası bildiririk ki, aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək və ümumiyyətlə qeyd olunan məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.

Bu barədə Tarif Şurasının Katibliyindən Trend-ə bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti