...

Avropa Komissiyası Azərbaycanla bərpa olunan enerji əməkdaşlığını davam etdirməyə hazırdır

Energetika Materials 15 Sentyabr 2022 10:59 (UTC +04:00)
Avropa Komissiyası Azərbaycanla bərpa olunan enerji əməkdaşlığını davam etdirməyə hazırdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası dənizdə külək enerjisinin inkişafı üzrə Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır.

Bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər.

"Azərbaycanla Aİ arasında bu ilin iyulunda imzalanmış enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu bərpa olunan enerji, hidrogen, enerji səmərəliliyi və metan tullantılarının azaldılması sahəsində əməkdaşlığın təməlində dayanır", - deyə qurumdan bildiriblər.

Qeyd olunub ki, Azərbaycan bərpa olunan enerji istehsalında, xüsusilə də dənizdə külək enerjisi sektorunda böyük potensiala malikdir.

"İqtisadiyyatımız Xəzər regionunda dənizdə külək enerjisinə investisiyalardan böyük səmərə əldə edə bilər. Biz bərpa olunan enerji istehsalına investisiyaların artırılması ümün şəraitin təmin olunmasını vacib hesab edirik. Avropa Komissiyası dənizdə külək enerjisinin inkişafı üzrə Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır. Bu kontekstdə biz Azərbaycanı AYİB-in texniki dəstəyi ilə hazırlanmış struktur əsasında bərpa olunan enerji mənbələri üzrə hərraclar rejimini tezliklə tətbiq etməyə çağırırıq", - Avropa Komissiyasından bildiriblər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti