Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə büdcəsi təsdiq olunub.
Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.
Belə ki, bu gün SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəf və vitse-prezidenti Zaur Qurbanovun təqdimatı ilə şirkətin 2025-ci il üzrə büdcə layihəsi müzakirə edilib.
Bildirilib ki, müzakirələrdən sonra SOCAR-ın 2025-ci il üzrə büdcəsi təsdiq olunub.
Qeyd olunub ki, iclasda, həmçinin gündəlikdə olan digər məsələlər müzakirə edilib.