...

Azərbaycanda ilkin korporativ qiymətli kağızlar bazarı 1 milyard dollara çatıb

Maliyyə Materials 23 Noyabr 2021 12:05 (UTC +04:00)
Azərbaycanda ilkin korporativ qiymətli kağızlar bazarı 1 milyard dollara çatıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bu ilin əvvəlindən Azərbaycanda ilkin korporativ qiymətli kağızlar bazarı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 1 milyard dollara çatıb.

Trend-in məlumatına görə, bunu bu gün Mərkəzi Bankın Prudensial siyasət idarəsinin rəisi Arif Cəlilov Bakı Fond Birjasında "Optimal Electronics" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank öz strateji planına uyğun olaraq kapital bazarının inkişafı üzrə addımlar atır.

"2020-ci ildə Bakı Fond Birjasının listinqlərinin əhəmiyyətli dərəcədə yumşaldılması investisiya xidmətlərinin göstərilməsi sahəsində tələb olunan sənədlərin həcmini azaltdı və yeni tələblər müəyyənləşdirdi. Bu tədbirlər bazarın artımı üçün stimuldur", - deyə o bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti