Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) AccessBank vasitəsilə həyata keçirilə biləcək yeni məhsullar üzərində işləyir.
Trend xəbər verir ki, bu barədə AYİB-nin Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elizabetta Falçetti jurnalistlərə məlumat verib.
Falçetti vurğulayıb ki, bu, AYİB-nin Azərbaycanda imzaladığı ilk risklərin bölüşdürülməsi mexanizmi (Risk Sharing Facility, RSF) üzrə sazişidir.
"Bu mexanizm bizə və AccessBank-a bankın vacib müştəriləri üzrə riskləri bölüşdürməyə imkan verəcək. Bunun sayəsində investisiya proqramlarını, yeniliklərini və bizneslərini inkişaf etdirmək üçün kreditə ehtiyacı olan Azərbaycan KOM-ları üçün maliyyələşmə imkanlarını dəfələrlə artıra biləcəyik”, - o əlavə edib.
Falçetti həmçinin vurğuladı ki, bu əməkdaşlıq AccessBank-ın imkanlarını AYİB-nin risklərin bölüşdürülməsi mexanizmi ilə iki dəfə artıracaq.
AccessBank ilə gələcək əməkdaşlıq barədə sualı cavablandırarkən, Elizabetta Falçetti tərəfdaş layihələrinin daha da inkişafına ümid etdiyini ifadə etdi.
"AYİB artıq AccessBank vasitəsilə həyata keçirilə biləcək yeni məhsullar üzərində işləyir", - o əlavə etdi.
Onun sözlərinə görə, AccessBank, Azərbaycanda AYİB-nin əməkdaşlıq etdiyi ikinci bankdır.
"Bu ilin sonuna qədər bankla başqa bir kredit xətti imzalamağı ümid edirik ki, bu da AYİB-in ölkənin maliyyə institutları ilə əməkdaşlığını daha da şaxələndirəcək", - o yekunlaşdırdı.
Qeyd edək ki, AYİB və AccessBank Azərbaycandakı şirkətlərə ortaq kreditləşmə üçün 15 milyon avro dəyərində saziş imzalayıblar.
Daha ətraflı məlumat üçün AccessBank-ın İdarə Heyətinin sədri David Tsiklauri ilə müsahibəni oxumağı tövsiyə edirik.