Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə ortaq kreditləşmə mexanizmi AccessBank-ın biznes cəlbetmə imkanlarını genişləndirir.
Trend xəbər verir ki, bu barədə AccessBank-ın idarə heyətinin sədri David Tsiklauri jurnalistlərə bildirib.
"Biz AYİB ilə risklərin bölüşdürülməsi mexanizmi üzrə saziş imzaladıq və üzərində kifayət qədər uzun müddət işlədik. Bu sazişin reallığa çevrilməsi üçün AYİB və AccessBank komandalarına çox minnətdaram. Bu saziş AYİB-ə risklərin bir hissəsini birbaşa bölüşdürməyə imkan verəcək.
""Birbaşa risklərin bölüşdürülməsi" dedikdə, əgər biz azərbaycanlı şirkətə kredit veririksə, AYİB-in də həmin kreditdə iştirak etmək imkanı olacaq", - Tsiklauri qeyd edib.
O, bu mexanizmin bankın biznes cəlbetmə imkanlarını genişləndirdiyini vurğuladı.
"Bu kredit xəttindən effektiv şəkildə istifadə etməyi planlaşdırırıq. Bu, AccessBank-a daha çox müştəri cəlb etməyə və bəlkə də daha böyük məbləğlərdə kreditlər verməyə imkan verəcək", - o əlavə etdi.
Tsiklauri qeyd etdi ki, sazişin imzalanması vacib bir irəliləyişdir və indi bankın vəzifəsi bu mexanizmdən maksimum dərəcədə effektiv istifadə etməkdir.
Qeyd edək ki, EBRD və AccessBank Azərbaycandakı şirkətlərə ortaq kreditləşmə üçün 15 milyon avro dəyərində saziş imzalayıblar.
Daha ətraflı məlumat üçün AccessBank-ın idarə heyətinin sədri David Tsiklauri ilə müsahibəni oxumağı tövsiyə edirik.