...

Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədləri və COP29 İmkanları üzrə tədbir təşkil edib

Yaşıl iqtisadiyyat Materials 28 May 2024 11:24 (UTC +04:00)
Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədləri və COP29 İmkanları üzrə tədbir təşkil edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədləri və COP29 İmkanları üzrə tədbir təşkil edib.

Trend xəbər verir ki, Bakı Limanının Baş əməliyyat inzibatçısı Eugene Seah, BMT-nin Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi, BMT-nin Qlobal Sazişin Azərbaycan üzrə direktoru Samir Məmmədov və digər qonaqlar tədbirdə iştirak edib və açılış nitqi ilə çıxış ediblər.

Tədbirin məqsədi BMT və BMT Qlobal Sazişi ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi imkanlarını, o cümlədən, layihələri və digər davamlılıq təşəbbüslərini müzakirə etmək olub.

Tədbirdə, həmçinin, COP29-un imkanları araşdırılıb, Bakı Limanının COP29-a potensial töhfələri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) məqsədləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti