...

"Aztelekom" İsmayıllı TQ binasının təmiri üçün tender elan edib

Telekommunikasiya Materials 25 İyun 2009 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir Q.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibinə daxil olan "Aztelekom" İstehsalat Birliyi İsmayıllı Telekommunikasiya Qovşağının (TQ) binasında təmir işlərinin aparılması üzrə tender elan edib.

Tender iki lot üzrə keçirilir:

- birinci lot - dam örtüyünün, pəncərələrin dəyişdirilməsi, inzibati binanın fasadının təmiri; 

- ikinci lot - EATS avadanlıqlarının, internet klub, laboratoriya, gücləndirici şöbə, enerji qurğularının, STS və rəhbərlik heyətinin yerləşəcəyi otaqların təmiri.

Tenderdə birinci lot üzrə iştirakın məbləği 1300 manat, ikinci lot üzrə isə 450 manat təşkil edir. Tenderdə iştirak etmək üçün sənədlər iyulun 29-dək (həmin gün də daxil olmaqla) qəbul edilir.

İştirakçılar tərəfindən təkliflər avqustun 5-dək (həmin gün də daxil olmaqla) qəbul edilir. Tender paketlərinin açılması avqustun 6-da (saat 13:00-da)İsmayıllı TQ-da həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti