...

IPv4 protokolunun resursları Azərbaycana daha 3 il bəs edər - ekspert

Telekommunikasiya Materials 3 Fevral 2011 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral/Trend, müxbir H.Vəliyev/

IPv4 protokolunun resursları Azərbaycana daha 3 il bəs edər. Bu barədə cümə axşamı Trend-ə informasiya problemləri üzrə tədqiqat mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.

Hacıyevin sözlərinə görə, bu günlərdə İnternet Şəbəkisində Domen Adlarının Verilməsi üzrə Beynəlxalq Təşkilatın (ICANN) IPv4 protokolunda İP ünvanların tükənməsi ilə bağlı verdiyi bəyanat azsaylı müraciətlər və az. milli domenində xeyli resurs ehtiyatlarının olması səbəbindən AzNET seqmentinə təsir etməməlidir.

"Sözsüz, gec-tez Azərbaycan da bu protokola keçəcək, lakin bu, milli domen zonasının resurslarının tüknməməsi səbəbindən tezliklə baş verməyəcək. Bu məsələ *com, *net, *org və digər domen zonalar üçün aktualdır. Bununla belə, *biz, *info, *library və digərləri kimi yeni domenlərin yaranması yalnız domen adlarda qıtlığı aradan qaldırılmasına xidmət edir", - Hacıyev bildirib.

Bu günlərdə İnternet Şəbəkisində Domen Adlarının Verilməsi üzrə Beynəlxalq Təşkilatı (ICANN) IPv4 ünvan məkanının son boş yeddi blokundan ikisini ayırıb. Gözlənilir ki, IPv4 məkanının son beş bloku (hər birində 16,8 milyon ünvan) yaxın iki-üç gün ərzində regional internet registrlər arasında bölüşdürüləcək.

ICANN qiymətləndirmələrinə görə, IPv4 ünvanların tam tükənməsi üçün bir qədər vaxt alzımdır. Lakin İP ünvanların çatışmazlığı probleminin olmaması üçün ICANN trilyonlarla internet qovşağının ünvanlarını dəstəkləyən IPv6 protokolunun tətbiqini zəruri hesab edir.

IPv6-ya keçid dərhal olmayacaq və provayderlər avadanlığı dəyişdirməli, lazımi tənzimləmələr etməli və digər çoxlu problemləri həll etməli olacaqlar. İlkin mərhələdə provayderlər hər iki protokolu dəstəkləməli olacaqlar. IPv6 protokolu sürətli şəbəkələrə və fiziki cəhətdən IPv4 protokolunda qeyd edilməsi mümkün olmayan böyük həcmli məlumatların ötürülməsinə istiqamətlənib. IPv6-ya keçid Dial up xidmətlərini göstərən provayderlər üçün müəyyən çərtinliklər yarada bilər.

Xəbər lenti

Xəbər lenti