...

İranın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv olması ehtimalı azdır – ekspertlər

Dünya xəbərləri Materials 30 İyul 2008 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir T. Cəfərov, G. Əhmədova/ BMT Təhlükəsizlik Şurası (TŞ) İran əleyhinə üç Qətnamə və iqtisadi sanksiyalar qəbul etdiyi bir halda, rəsmi Tehranın bu Şuranın müvəqqəti üzvlüyünə seçilməsi ehtimalı azdır.

"İranın indiki dövrdə, kobud xarici siyasətlərini nəzərə alsaq, Təhlükəsizlik Şurasına üzv olmaq şansı yoxdur" - deyə iranlı politoloq İsa Səhərxiz Trend -a bildirib.

İranın XİN başçısı Mənuçöhr Müttəki iyulun 27-də Tehranda keçirilən Bitərəf Dövlətlər Hərəkatının XİN rəhbərlərinin iclasının açılış mərasimində bildirib ki, İran BMT-nin Təhlükəsizlik Şurasına üzv olmaq üçün 2009 - 2010 - cu illər üçün namizədliyini irəli sürüb.

Müttəki BDH - yə üzv ölkələrdən və dost ölkələrdən İranı dəstəkləmələrini istəyib. O, bildirib ki, İran ümid edir ki, bu ölkələrin müsbət rəyi BMT Təhlükəsizlik Şurasının işində böyük dəyişiklik edəcək.

Səhərxizin fikrincə, İranın BMT TŞ -nin müvəqqəti üzv olmaq istəyi sabiq prezident Məhəmməd Xatəminin dövründə qoyulsaydı, İranın üzvlük şansı daha çox olardı" -

O, hesab edir ki, Xatəminin dövründə İran sivil dialoqa üstünlük verirdi və beynəlxalq ictimaiyyətdə müsbət imicivardı. İndiki prezident Mahmud Əhmədinejadın dövründə isə, dünya ölkələri arasında İrana qarşı münasibət rəsmi Tehranın BMT-nin Təhlükəsizlik Şurasına üzv olması ehtimalını azaldır.

Britaniyalı ekspert Tom Valasek hesab edir ki, ola bilsin , İran BMT Təhlükəsizlik Şurasında yer alsın. Amma İran BMT Təhlükəsizlik Şurasında, Çin və Rusiya da daxil olmaqla, ciddi reaksiya ilə üzləşə bilər. Çünki İran BMT kimi böyük bir təşkilatın İranın nüvə proqramına dair Qətnaməsinə artıq üçüncü dəfədir məhəl qoymur.

Səhərxiz hesab edir ki, Əhmədinejad höküməti BMT Təhlükəsizlik Şurasına üzv olmaqdan diplomatik addım kimi deyil, bəlkə İranın daxilində təbliğat kimi istifadə edir.

İranın BMT Təhlükəsizlik Şurasınnın müvəqqəti üzvlüyü ilə bağlı Səhərxiz hesab bedir ki, müvəqqəti üzv ölkələr üçün seçkilər BMT Baş Assambleyasında keçirilir. Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu seçkilərdə o qədər də rolu yoxdur; onlar veto haqlarından burada istifadə edə bilməzlər. 5 daimi üzv də, digər ölkələr kimi, eyni rəyə malikdir. "Amma buna baxmayaraq, Amerika və digər ölkələr, öz nüfuzlarından istifadə edərək, çalışacaqlar ki, Asiya ölkələrinin rəylərini öz xeyirlərinə yönəltsinlər. Onlar çalışacaqlar ki, bu ölkələr başqa namizədə səs versin və ya heç olmasa İrana səs verməsinlər"-deyə, Səhərxiz çərşənbə günü Tehrandan telefonla bildirib.

Britaniyalı ekspert hesab edir ki, İran BMT - yə üzv olmaq üçün İranla yaxşı münasibətləri olan iki dövlət - Rusiya və Çindən də dəstək ala bilmir.

İran artıq xeyli vaxtdı ki, öz nüvə proqramı ilə bağlı daha tutarlı dəlil gətirə bilərdi, amma bacarmadı. Ona görə də, mən İranın BMT TŞ -na müvəqqəti üzv olmaq şansının az olduğunu görürəm. - deyə Londondakı Avropa İslahatları Mərkəzinin xarici siyasət və müdafiə məsələləri üzrə rəhbəri Valasek Londondan telefonla Trend - a bildirib.

BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü - Fransa, Rusiya, Amerika, Britaniya və Çin -- və 10 müvəqqəti üzvü var ki, onlar da mütəmadi olaraq dəyişirlər. Həmin 10 üzv BMT- nin Baş Assambleyası tərəfindən iki illik müddətə seçilir.

BMT TŞ -nin müvəqqəti üzvlüyünə, İrandan başqa, Yaponiya da namizədlik arzusunu bildirib. Yaponiyanın beynəlxalq imicini nəzərə alsaq, İranın bu rəqabətdə qələbə ehtilmalı daha da azalır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti