...

Fransa, Livanda hökumətin yoxluğundan narahatdır- XİN rəhbəri

Dünya xəbərləri Materials 24 Oktyabr 2009 16:40 (UTC +04:00)
Fransanın xarici işlər naziri Bernar Kuşner cümə günü Beyruta səfəri zamanı Fransa hökumətinin Livanda indiyədək hökumətin formalaşdırılmamasından narahat olduğunu bildirib
Fransa, Livanda hökumətin yoxluğundan narahatdır- XİN rəhbəri

Fransanın xarici işlər naziri Bernar Kuşner cümə günü Beyruta səfəri zamanı Fransa hökumətinin, seçkilərin keçirilməsindən beş ay keçməsinə baxmayaraq, Livanda indiyədək hökumətin formalaşdırılmamasından narahat olduğunu bildirib, AFP agentliyi məlumat verir.

Kuşnerin sözlərinə görə, Fransa "stabil Livan" görmək istəyir və livanlı siyasətçiləri milli hökumət yaratmaq üçün mübahisəli məsələlərdə razılığa gəlməyə çağırıb.

Qərb meylli "14 mart" blokunun qələbə qazandığı iyun seçkilərindən sonra, ölkə prezidenti hökuməti formalaşdırmağı Ər-Riyadın dəstəyini qazanmış "Əl-Müstəqbəl" sünnü kualisiyasının rəhbəri Səd əl-Həririyə tapşırmışdı.

Əl-Həriri hökuməti 15-10-5 formulası ilə formalaşdırmağı təklif etmiş, amma "Hizbullah"ın daxil olduğu "8 mart" müxalifət bloku, parlamentin spikeri və keçmiş prezident Mişel Aunun "Əməl" partiyası Əl-Həririnin nazirlər kabinetinin tərkibini baykot etmişdilər.

Kuşnerin sözlərinə görə, Fransa hər kəs üçün açıqdır və o "Hizbullah" la Mişel Aun blokunun görüşməsinə etiraz etmir, Al Mustaqbal saytı yazır.

Kuşner əlavə edib ki, ölkə daxilində yeni qarşıdurmaların qarşısının alınması üçün Livanda hökumətin qurulması vacibdir.

O deyib ki, Suriya və Səudiyyə Ərəbistanı arasındakı yaxınlığı nəzərə alsaq, hazırda Livanda hökumətin qurulması üçün münbit şərait var.

Kuşnerin sözlərinə görə, Suriyanın Livanın daxili işlərinə qarışmayacağına dair söz verməsindən sonra bu ölkə ilə Fransa arasında ötən il başlayan münasibətlərdə irəliləyiş mümkün oldu.

Suriyanın Səudiyyə Ərəbistanı və Fransa ilə münasibətləri, Livanın 2005-ci ilin fevralında bu ölkənin keşmiş baş naziri Rafiq əl-Həririnin qətlində Dəməşqi günahlandırmasından və bu ölkənin daxili işlərinə qarışmasından sonra pisləşmişdi.

Sentyabrda Suriya prezidenti Bəşər əl-Əsədin Ər-Riyada və Səudiyyə kralı Abdullanın Dəməşqə qarşılıqlı səfərindən sonra iki ölkə arasında əlaqələr nəzərə çarpacaq dərəcədə yaxşılaşıb.

Kuşner deyib ki, Ər-Riyadala Dəməşqin yaxınlaşması Livanda hökumətin qurulması prosesinin tezləşməsinə kömək edə bilər.

Xəbər lenti

Xəbər lenti